Azərbaycanda avtobusda qeyri-etik hərəkətlər edən gəncin döyülmə anı - VİDEO

21.01.2024 12:59
846
65acdd3523984202401240037

Sosial şəbəkədə gənc oğlanın avtobusda döyülməsi ilə bağlı video yayılıb.


AzSabah.com bildirir ki, sərnişinlər arasında insident yaşanıb. Buna səbəb isə "Tiktok"-da mədəniyyətsiz davranışları ilə "məşhurluq" qazanan yeniyetmə oğlanın növbəti video çəkməsi olub.


Sərnişinlərdən biri insanları narahat edən oğlanın hərəkətinə biganə qala bilməyib.

Xatırladaq ki, gənc tiktoker əvvəllər də bənzər ədəbsiz hərəkətlərlə ictimai nəqliyyatda insanların qıcığına səbəb olmuşdu. Onun sosial şəbəkədə videolarının şərh bölümünə tənqid dolu şərhlər yazılıb.


Həmin görüntünü təqdim edirik: