Avtomobil sahibləri üçün VACİB XƏBƏR: Bu tarixdən etibarən qanun qüvvəyə minir - MƏBLƏĞ

26.01.2024 22:47
331
65b3fee4d51fa202401245012

Fevralın 1-dən etibarən sürücülər avtomobillərini texniki baxışdan keçirən zamanı dövlət rüsumu ilə yanaşı utilizasiya haqqı da ödəyəcəklər.

 

Ekspertlər bildirir ki, utilizasiya haqqında qanun ölkədə avtomobil parkının yenilənməsi üçün nəzərdə tutulub.

 

Bəs utilizasiya qaydaları tam olaraq necə tətbiq olunacaq? Vətəndaşlar ödənişləri hansı formada və hara etməlidirlər?

 

 

Azsabah.com xəbər verir ki, mövzu ilə bağlı Baş DYP İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev Referans.az-a açıqlama verib.

 

 

 

“Ölkəmizdə qeydə alınan yol-nəqliyyat hadisələrinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərən amillərdən biri də qəzada iştirak edən nəqliyyat vasitələrinin köhnəlmiş, texniki təhlükəsizlik baxımından yararsız olmasıdır. Yol hərəkətinin təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, eləcə də ekoloji vəziyyətini yaxşılaşdırması məqsədilə köhnəlmiş, texniki təhlükəsizlik baxımından yararsız nəqliyyat vasitələrinin ölkədən çıxarılması üçün nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanıb və tətbiqi istiqamətində əməli işlər görülüb. Utilizasiya məbləği və ödənilmə dövriliyi Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək”.

 

Nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov isə bildirib ki, utilizasiya ödənişlərinin forması və hara ediləcəyi hələlik tam olaraq dəqiqləşməsə də, qaydalar artıq müəyyənləşib. 

 

 

 

“Utilizasiya üsulları artıq müəyyən edilib. İstehsal ili 10 ilə qədər olan avtomobillərə 10 manat, 10 ildən artıq olanlar üçün 20 manat və bu qaydada məbləğ artmağa davam edir. Bu texniki rüsumdan əlavə olaraq onun üzərinə gəlir. Utilizasiya qaydalarının formalaşması bu qaydadadır. Artıq fevralın 1-dən etibarən nəqliyyat vasitələri texniki baxışdan keçirilib”.

 

Ekspert fikirlərinə bunları da əlavə edib: “Böyük ehtimal, utilizasiya ilə bağlı ayrı bir bank hesabı olacaq. Yaradılmış bu bank hesabı vasitəsilə vətəndaşlar ödənişləri rahatlıqla edə biləcəklər. Daxili İşlər Nazirliyinin qeydiyyat-imtahan şöbələrində bu mərhələnin keçrilməsi nəzərdə tutulub”.