Aparıcı telekanalı məhkəmədə uddu - Bu qədər pul alacaq

19.03.2024 10:32
318
65f93185b0bd2202403243237

Tanınmış aparıcı Zamirə Dadaşova ilə "Space" telekanalı arasındakı problem davam edir.

Metbuat.az xəbər verir ki, bununla bağlı aparıcı özünün sosial şəbəkə hesabında yazıb: "Mövzu yenə "Space TV". Sona qədər oxuyun, lütfən. Fevralın 21-də Yasamal rayon məhkəməsinin mənim işə bərpa və əmək haqqımın ödənilməsi ilə bağlı qərarı "Space"in məsul əməkdaşına təqdim olunsa da, məhkəmənin qərarı hələ də icra olunmur. "Space"dən gah zəng etdilər gəlin ərizə yazın işə bərpayla bağlı (qanundan bixəbərdilər, bixəbər), gah dedilər əmək müfəttişliyinə müraciət etmişik, iyul ayında verilən yanlış qərarı ləğv etsinlər, gahları bitmir ki, bitmir...

Görəsən bir dəfə də olsun dillərinə gətirməsələr də, beyinlərində kaş ki, deyirlərmi? Vəkilim Sadiq Rəsulov əgər birinci günə kimi məhkəmənin qərarının heç olmasa bir hissəsini icra etməsələr, ərizə ilə Ədliyyə Naziri Fərid Əhmədova, Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi İlqar Cəfərova və Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəyliyə müraciət edəcəyimizin qaçılmaz olduğunu bildirdi. Və bu gün biz artıq ərizəylə yuxarıda qeyd etdiyim instansiyalara müraciət etdik. Məcburi icra tədbirlərinə başlanılmasını və eyni zamanda "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 82.1 və 82.3-cü maddələrinin tələbinə əsasən borclu "Space" Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin icra sənədini qərəzli olaraq icra etmədiyinə görə inzibati və cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı müvafiq tədbirlər görülməsini xahiş etdim.

Vado Karovin işə bərpa ilə yanaşı mənə təxminən 11000 manat məbləğində maaş ödəməlidir. Anlayıram, çətindir sizə bu məbləği ödəmək. İşdən çıxaranda qanunsuzluqlara yol verdiniz, nəticə göz önündədir. Heç olmasa indi Azərbaycan Respulikasının qanunlarına riayət edin! Mənə ödəməli olduğunuz məbləğ bir tərəfə cərimələr ödəyə ödəyə hara qədər gedəcəksiz? Əmək müfəttişliyi cərimələdi indi də Məhkəmənin qanunu qüvvəyə minən qərarını icra etmədiyinizə görə inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilərsiniz. Sadəcə insanlıq naminə deyirəm, xəbəriniz olsun. Çünki ətrafınızda olan insanlar qanunları bilmirlər. Bu da məndən Sizə bir yaxşılıq olsun!"