"Ailə, namus, həya, elm nə olduğunu bilməyənlər mavi ekranlardan cəmiyyətə əxlaq dərsi keçir"

24.01.2024 12:05
584
65b0c62117057202401241113

"Gəncədə məktəbli sinif yoldaşını bıçaqla qətlə yetirdi. Bu bir cümlədə bir ailənin yox, bir ölkənin faciəsinin əks olunduğunu hələ də çoxları anlamır". 

Azsabah.com xəbər verir ki, bunu tanınmış vəkil Aslan İsmayılov özünün feysbuk hesabında yazıb.

"Biz isə bu barədə illər əvvəl deputatlar qanuni oğrunun nəşini daşımasını qürurla mətbuatda tirajlayanda, gəncləri “vor”lara oxşamağa çağıranda yazırdıq. TV-lər əxlaqsızlığı, oğru dünyasını, əxlaq nə olduğunu bilməyənlərin dəbdəbəli villalarını, həyat tərzini tirajlayanda da deyirdik. Bu gün ailə, namus, həya, elm nə olduğunu bilməyənlərin mavi ekranlardan cəmiyyətə əxlaq dərsi keçməsi də cəmiyyətin faciəsidir. Belə davam edərsə bizi daha çox faciələr gözləyəcək", - deyə o əlavə edib.

Qeyd edək ki, yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanıb.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məlumatına görə, şagird dərhal xəstəxanaya çatdırılsa da, vəfat edib. 

Məlumat ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F. Şabanov saxlanılaraq istintaqa təqdim edilib.

/redaktor.az