Ziya Məmmədovun qardaşı oğlu İŞDƏN ÇIXARILDI

16.05.2020 23:15
837

Yeni Baş prokuror Kamran Əliyev sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlunu işdən çıxarıb.

 

AzSABAH.COM-un xəbərinə görə, bu gün verilən əmrlə Baş prokurorun böyük köməkçisi, baş ədliyyə müşaviri Məmmədov Namiq Nəriman oğlu vəzifəsindən azad edilib.

 

Baş prokirorun digər əmri ilə N.Məmmədov kiçik vəzifəyə təyin edilib.

Bundan sonra o, FHN, DTX, DSX-nin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru kimi çalışacaq.

 

Qeyd edək ki, əvvəllər Daxili işlər orqanlarında çalışan N.Məmmədov sabiq Baş prokuror Zakir Qaralovun uzun illər köməkçisi olub və onun ən yaxın adamlarından biri hesab edilib.Bakupost

Loading...

close
close