Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: POLİSLƏR FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ

09.01.2023 11:56
5865
Polis

Siyəzəndə iki polis zabiti dəm qazından boğularaq vəfat edib. 

AZSABAH.COM-a DİN-in Mətbuat xidmətindən bildirilib ki, hadisə yanvarın 8-dən 9-na keçən gecə baş verib.

Siyəzən RPŞ-nin əməkdaşları, polis leytenantları - 35 yaşlı Elmir Əsgərov və 36 yaşlı Faiq İsgəndərov kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır.