Zəngin rus qızla münasibəti olan azərbaycanlı NAZİR KİMDİR? - İNANILMAZ ETİRAFLAR (FOTO/VİDEO)

23.08.2020 11:42
752
Rusiyada öz dəbdəbəli həyatı ilə məşhurlaşmış zəngin iş adamı olan Olqa Leybman öz instaqram hesabında maraqlı etiraf edib.
 
O bildirib ki, illər öncə Azərbaycanın idman naziri ilə münasibəti olub.
 
AZSABAH.COM xəbər verir ki, Sfera.az Olqa Leybmanın kimliyini araşdırıb.
 
Olqa Leybman iş adamıdır. Özünü daşınmaz əmlak biznesindən kinomotaqrafiyaya qədər müxtəlif sahələrdə sınayıb. Hal-hazırda sağlam həyat tərzİ və dietalar ilə bağlı bloqer kimi məşhurdur.
 
Olqa Leybman hal-hazırda 3-cü əri olan Kiril Yakovlevlə yaşayır. Kiril xüsusi xidmət orqanının əməkdaşıdır. Olqanın ilk həyat yoldaşı Dinamo Futbol Klubunun oyunçusu, ikinci həyat yoldaşı isə Amerikalı iş adamı olub.
 
Olqa həm də Moskvanın ən lüks səmti olan Rublyovkadakı dəbdəbəli villası ilə məşhurdur.
 
Xanım iş adamı həm də bahalı maşınların həvəskarıdır.
 
Araşdırmalarımız göstərdi ki, Olqa Leybmanın Azərbaycanlı dostları az deyil və xanım iş adamı bir neçə dəfə Azərbaycanı ziyarət edib.
 
Maraqlıdır görəsən Rusiyada milyonlarla insanın rəğbətini qazanmış bu xanımın qəlbini fəth edən Azərbaycanlı Nazir kim olub?

Araşdırmalarımız davam edəcək.







Loading...

close
close