Zəlzələ peyğəmbərindən Türkiyə ilə bağlı QORXUNC AÇIQLAMA: Bu tarixdə yenə olacaq VƏ DAHA KRİTİK - VİDEO

08.02.2023 11:12
6017
63e34c0eabc05202302231526

Episentri Kahramanmaraş olan və böyük dağıntılara səbəb olan zəlzələni 3 gün əvvəl sosial media hesabında paylaşan "zəlzələ peyğəmbəri" ləqəbli məşhur mütəxəssis Frank Hoogerbeets yeni müraciət ünvanlayıb.

AZSABAH.COM xəbər verir ki, qarşıdakı günlərdə güclü seysmik aktivlik olacağını deyən Hoogerbeets bildirib ki, 6 bal gücündə təkana səbəb olacaq seysmik aktivlik fevralın 8-nə gözlənilir.

"Türkiyədə 5-6 bal gücündə təkanlar davam edəcək. 10 fevralda seysmik dalğalar gözləyirəm. Amma şiddətli olmayacağını təxmin edirəm. Ayın həndəsəsinin fevral ayının 13-14-də formalaşdığını görürük. Bu bir az kritik ola bilər”, - deyə mütəxəssis əlavə edib.

Qeyd edək ki, zəlzələ mütəxəssisi Frank Hoogerbeets buna qədər fevralın 3-dəki paylaşımında bildirmişdi ki, Türkiyə, İordaniya, Suriya və Livanda 7,5 bal gücündə zəlzələ olacaq. (baku.vs)