Zaqatalada FACİƏVİ şəkildə ölən məktəblilərin görüntüsü - FOTO

08.02.2024 21:32
382
65c5107f1e0c3202402243351

Zaqatalada avtomobilin vurub öldürdüyü məktəblilərin fotosu yayılıb.

Azsabah.com lent.az-a istinadən onların fotosunu təqdim edir:

Qeyd edək ki, bu gün saat 13:00 radələrində Zaqatala şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum olunmuş, İbrahimov Emin Oqtay oğlu sürücülük hüququ olmadan, eləcə də etibarnaməsiz idarə etdiyi “Mercedes” markalı, 39-BB-320 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonunun Göyəm kəndi ərazisində hərəkətdə olarkən sərt döngədə idarəetməni itirməsi nəticəsində yolun kənarı ilə gedən 2013-cü il təvəllüdlü 3 məktəblini vurub.


Baş Dövlət Yol Polisi İdarəsindən Referans.az-a verilən məlumata görə, nəticədə azyaşlılardan Ramazan İsayev və Kamal Permadov hadisə yerində həyatlarını itirib, İbrahim İbrahimzadə isə xəsarətlə Zaqatala rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.