Zakir Həsənovun yeni müavini 36 yaşlı Aqil Qurbanov kimdir? - MARAQLI FAKTLAR (FOTO)

13.12.2022 15:05
6352
Zakir
Bu gün ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncamla Qurbanov Aqil Səlim oğlu müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub. 
AZSABAH.COM xəbər verir ki, Aqil Qurbanov Bakı şəhər sakinidir. Onun 36 yaşı var. Aqil Qurbanov əvvəllər “PASHA Holding” MMC-yə daxil olan “PASHA İnvestments” MMC-də çalışıb. Daha sonra “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının sədri vəzifəsini daşıyıb. Ən son isə Azərbaycan Respublikası Prezidentinin Zəngilan rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşı olub.