Yüz minlərlə vətəndaşa ŞAD XƏBƏR - İlham Əliyev artımla bağlı MÜHÜM SƏRƏNCAMLAR İMZALADI

13.01.2023 10:44
5902
İlham
Prezident İlham Əliyevin yeni Fərman və Sərəncamlarına əsasən ümumilikdə 660 min nəfərə yönələn sosial müavinət və təqaüdlərin artırılması təmin edilir.

AZSABAH.COM-a bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Bildirilib ki, həmçinin tələbə və doktorantların təqaüdləri də artırılıb.

"Bu artım 150 min tələbə və doktorantı əhatə edib. Ümumilikdə, 2023-cü ildə yeni sosial islahat paketi üzrə 1,9 milyon vətəndaşı əhatə edən sosial ödənişlərdə növbəti artımlar edilib və bunun üçün illik əlavə 750 milyon manat vəsait nəzərdə tutulub".