YouTube-dən istifadəçilərini sevindirəcək - YENİLİK

15.12.2023 21:12
351
657c89463add6202312231342

YouTube video portal istifadəçiləri üçün yeniliklər tətbiq edir.

AZSABAH.COM xəbər verir ki, YouTube TV tətbiqində reklam fasilələri azalacaq. Hazırda, reklamı keçmək seçimi reklam göstərildikdən 5-10 saniyə sonra görünür.

Yeniləmə ilə bu müddət bir dəqiqəyə qədər artacaq. Bununla belə, video boyunca görünən reklamların sayı əhəmiyyətli dərəcədə azalacaq. Bu o deməkdir ki, videolar daha az, lakin daha uzun reklamlarla parçalanacaq.

Şirkətin açıqlamasında bildirilir ki, YouTube TV tətbiqindəki bu dəyişiklik izləyicilər arasında aparılan sorğunun nəticəsidir.

İstifadəçilər videoların tez-tez reklamlarla kəsilməsini istəmirlər. Əksinə reklamların baxış təcrübəsinə təsir etməyəcək şəkildə yayılmasını istəyirlər.

Sosial media istifadəçisi YouTube reklamlarını 16 dəfə sürətləndirməyə imkan verən plagin hazırlayıb.

Qeyd edək ki, YouTube reklamları son illərdə nəzarətdən çıxıb. Buna görə də, bir çox istifadəçi platformanın son aylarda reklam blokerlərini bloklamaq qərarından məyus oldu.