“Yeni Üfüq” 3 gündə 150 şəhid və qazi ailəsinə yardım etdi

15.05.2020 13:41
239

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi xeyriyyə akiyasına davam edir.

AzSABAH.COM xəbər verir ki, Sevinc Əzimbəylinin rəhbəri olduğu İctimai Birlik aztəminatlı, habelə şəhid, qazi ailələrinə göstərdiyi ənənəvi yardım aksiyasını Ramazan ayı boyunca da sürdürüb. Son 3 gün ərzində 150-dən çox şəhid, qazi ailəsinin qapısını döyən birlik üzvləri, onlara bu müqəddəs ayda ərzaq yardımları ilə sevindirib. 

Yardım kampaniyası barədə danışan Sevinc Əzimbəyli bunları deyib: "Ramazan ayı rəhmət, bərəkət və bağışlanma ayıdır. Biz də Ramazanın ayın fəzilətlərindən istifadə edərək, apardığımız yardım kampaniyasını bu mübarək ay ərzində də davam etdiririk. Son üç gündə 150-dən çox qazi və şəhid ailəsinə ərzaq yardımları etdik. Şübhəsiz ki, müqəddəs şəhid və qazi ailələrini, əsl haqq sahiblərini Ramazanda daha çox ziyarət etmək iman məsələsidir. 

Hesab edirəm ki, hər kəs, zəngin iş adamlarımız bu ayın fəzilətlərindən faydalanmalı, aztəminatlı, şəhid və qazi ailələrinə yardım etməlidirlər. Günümüzdə də ilahi fürsət ayı olan Ramazan zənginlər üçün öz mal və mülkləri hesabına kimsəsizlərə sahib durmaları ilə ibadət etmiş kimi olurlar. Mən ölkəmizin bütün iş adamlarını mübarək aydan bəhrələnməyə səsləyirəm.

Eyni zamanda yardım kampaniyası üçün bizə dəstək olan "Cənnət" MMC-yə dərin minətdarlığımı çatdırıram”.


Loading...

close
close