Yay tətili ilə bağlı MÜHÜM XƏBƏR: Yenilik OLA BİLƏR - RƏSMİ

14.05.2020 13:30
380
"Təhsil Nazirliyi yay tətili ilə bağlı bir çox tədbirlərin təşkili üzərində çalışır".

AzSABAH.COM xəbər verir ki, bunu APA-ya açıqlamasında Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, hazırda bununla bağlı həm televiziya formatı, həm də onlayn resursların təqdim olunmasına dair müzakirələr gedir:
 
"Müzakirələr şagirdlərin faydalana biləcəyi öyrədici və əyləncəli ruhda resursların təqdimatı ilə bağlıdır. Dünən də Nazirliyin rəhbərliyi səviyyəsində müzakirələr aparıldı. Yəqin ki, yaxın müddət ərzində əsas təşəbbüslərimiz bəlli olacaq".
Loading...