Yaşar Əliyev general-leytenant oldu - Yüksək VƏZİFƏYƏ TƏYİN EDİLDİ

15.05.2020 21:57
683

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir müavini təyin olunub.

AzSABAH.COM APA-ya istinadla xəbər verir ki, bu vəzifəyə Yaşar Əliyev təyinat alıb. O, həmçinin, həqiqi hərbi xidmətə qəbul olunub və ona general-leytenant hərbi rütbəsi verilib.

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevdir.

Qeyd edək ki, Yaşar Əliyev bu təyinata qədər Azərbaycan Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb.

Loading...