Yas məclisində 12 qadın KORONAVİRUSA YOLUXDU - Azərbaycanda

09.06.2020 19:34
360

Siyəzən rayonunda keçirilən yas mərasimində 12 qadın koronavirusa yoluxub.

AZSABAH.COM xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

TƏBİB sədri yoluxma hallarının daha çox harada baş verdiyini də açıqlayıb. Onun sözlərinə görə, daha çox ictimai nəqliyyat, kafe, restoran və marketlərdə koronavirusa yoluxma halları daha çox olub. O, bunun səbəbinin qaydalara əməl edilməməsində  olduğunu bildirib.

Loading...