6704cdd34c3a4202410241443

Yarım saat ərzində iki qızı öldürən 19 yaşlı gənc KİMDİR? - Dəhşətli DETALLAR / FOTO

08 Oktyabr 2024
635

İstanbulda qan donduran qətl hadisəsi baş verib.

Azsabah.com xəbər verir ki, qəssab olduğu deyilən 19 yaşlı Semih Çelik adlı gənc dünən Türkiyə saatı ilə günorta 4-ün yarısında sevgili olduğu Ayşenur Halili bıçaqlayaraq qətlə yetirib. Ayşenurun Çelikin yeni sevgilisi olduğu iddia edilir.

Eyni zamanda sinif yoldaşı olmuş keçmiş sevgilisini görüşə çağıran Çelik, İkbal Uzuneri yanına çağıran Çelik, bıçaq zoruna ərazidəki tarixi qalaya çıxarıb. Orada onlar mübahisə etdikdən sonra Çelik, gənc qızı bıçaqlayaraq öldürdükdən sonra başını kəsib qaladan aşağı atdı. Bunun ardınca isə yarım saat ərzində iki gənc qızın həyatına son qoyan Çelik özünü qaladan ataraq intihar edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma gedir.