Yanacaqdaşıyan maşın aşdı, 40 ton benzin yola dağıldı - FOTO

12.01.2024 13:24
232
65a104fbf2bb0202401242307

Samuxda yanacaqdaşıyan avtomobil aşıb, tonlarla benzin yola dağılıb.

Hadisə Gəncə -Samux avtomobil yolunun 2-ci kilometrliyində qeydə alınıb.Hərəkətdə olan “Mercedes” markalı ağırtonnajlı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı yük çənində olan 40 tona yaxın benzin yol kənarına axıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Baş verə biləcək yanğının qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilib.

Hadisədən sonra Gəncə-Samux yolu bir neçə saat bağlı qalıb. Əraziyə polis əməkdaşları cəlb edilib, sürücülərin alternativ yollarla hərəkət etməsinə yönləndirilib. DYP əməkdaşları yolda hərəkəti bərpa ediblər. Faktla bağlı araşdırma aparılır.