"Yalan deyir, mən onun əri olmamışam": Canlı yayımda ŞOK HADİSƏ

05.12.2023 19:24
286
656f416b9596c202312232739

Mənzurə Musayeva "ATV" kanalında "Rəngarəng səhər" verilişində gözlənilməz hadisə ilə üzləşib.

AZSABAH.COM Azxeber.com-a istinadən xəbər verir ki, müğənninin "keçmiş ərimdir" dediyi Vaqif adlı şəxs canlı efirə telefonla bağlanaraq iddiaları yalanlayıb:

"Ona reklam lazımdırsa getsin reklamını eləsin. Mənim adımı niyə hallandırır? Yalan deyir, mən onun əri olmamışam! Heç onu tanımıram da. Gözünün içinə kimi yalan deyir. Hər yerdə adımı verir, məni narahat edir. O yapışıb məndən əl çəkmir. Mahnı oxuya bilirsə oxusun, oxumursa reklam eləməsin özünü. Bu xanımı efirə buraxırsız, danışdırırsınız. Mənim adımı çəkməsin. Onun işi gücü yoxdur, məni narahat etməsin.Heç vaxt nə nikahımız olub, nə də ailəli olmuşuq. Hər şeyi yalan danışır".

Mənzurə Musayeva isə deyilənləri qəbul etməyərək:

"7 il ailəli olmuşuq. İndi məni danırsan? Heç olmasa o illərə hörmətin olsun" sözlərini deyib.