Yağış, dolu, külək - HAVA PROQNOZU

14.06.2020 12:47
1364

Sabah Bakıda və Abşeron yarımadasında havanın gün ərzində günəşli olacağı gözlənilir.

AZSABAH.COM-a  Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 19-23, gündüz  30-34, Bakıda gecə 20-22, gündüz  31-33 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 752 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz  35-45 faiz təşkil edəcək.  

15 iyunda Azərbaycanın rayonlarında  hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər  dağlarda duman olacaq, ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu  gecə 19-21, gündüz  34-39, dağlarda gecə 11-16, gündüz  20-25 dərəcə  isti olacaq.

Loading...

close
close