Xocavənddə atışma gedir? - Müdafiə Nazirliyi TƏCİLİ AÇIQLAMA YAYDI

28.07.2022 13:29
26
photo_98362673

Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə atəşkəsin pozulması iddialarını təkzib edib.

AZSABAH.COM xəbər verir ki, bu barədə nazirliyin feysbuk səhifəsində yayılan məlumatda bildirilib.

"Azərbaycan Ordusunun bölmələrinin Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır və həqiqəti əks etdirmir", - nazirlikdən qeyd olunub.

Loading...