Rusiyanın Zelenodolsk şəhərində (Tatarıstan Respublikası) xəstəxanada yanğın baş verib.
AzSABAH.COM-un xəbərinə görə, hadisə nəticəsində iki nəfər həlak olub, daha dörd nəfər xəsarət alıb. Zərərçəkənlərdən ikisi yanıq xəsarətləri alıb, digər ikisi isə tüstüdən zəhərlənib.
Məlumata görə, yanğın 5 kvadrat metr sahəni əhatə edib. Hadisə zamanı xəstəxananın avadanlığı yanıb.
Səhiyyə Nazirliyi yanğın nəticəsində ölənlər barədə məlumatı təsdiqləyib.
"İnterfaks" bildirib ki, xəstəxananın hadisənin baş verdiyi bölməsində koronavirus xəstəsi yoxdur. (Report)