Xatirə İslamdan ŞOK SÖZLƏR: Telefonumda Mədəniyyət nazirinin videosu var, orda...

14.05.2020 12:57
1009
“Xəbərin başlığını oxuyub ağzınıza gələn şərhi yazırsız. Dörd gün əvvəl söyləmədiyim bir fikri götürüb Kamil Zeynallı həbs olunan dövrdə səhifələrində yayırlar, məni insanlara söydürürlər. Mən Mədəniyyət Nazirliyi ilə bağlı fikir bildirmişəm, orada həbs olunan şəxslər barədə rəy vermişəm. Kamil nazirlikdə işləyir? Bunun Kamilə nə aidiyyatı? Heç utanmırsız? İncəsənət insanları sizə nə edib? Bizi görəndə niyə qıcıqlanırsız?”.

AzSABAH.COM xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam instaqramda canlı yayımda çıxışı zamanı bildirib. Sənətçi xəbər səhifələri tərəfindən tez-tez fikirlərinin təhrif olunmasından danışıb. O qeyd edib ki, izləyicilər məlumatın başlığını oxumaqla kifayətlənirlər:
“Kamilin həbs xəbərini eşidəndə gözlərim doldu. Amma onun həbsi barədə danışmamışam, danışmaram. Ümumiyyətlə mənə siyasətlə bağlı suallar verirlər. Siyasi bilgim yoxdur, siyasət barədə danışa bilmirəm. Ola bilsin ki, nəsə səhv danışaram, insanlar məni qınaya bilərlər. Xahiş edirəm, şərh yazarkən diqqətli olun. Xəbəri oxumadan insanı necə söymək olar? Niyə insanlar instaqramda bir-birini söyməlidir? Müğənniləri təhqir edirsiz! Biri də yazır ki, yaxşı ki, toylar yoxdu, müğənnilər işləmir. Toyların olmamağı minlərlə musiqiçiyə ziyandı, balaları ac qala bilər. Buna sevinməklə, təkcə müğənniyə qarğış etmiş olmursuz. Qızıl, paltar satanları, şadlıq sarayı işçilərini, bazarda satıcıları, fotoqrafları da bir düşünün. Toy hər şeylə bağlıdır. Canlı açırsan, söyüş yazırlar. Vicdanınız necə rahat olur?”
 
Daha sonra Xatirə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Nazirliyi ilə bağlı keçirdiyi əməliyyatı xatırladaraq sənətinə qiymət verilmədiyini vurğulayıb:

“Məni öldürmək rahatdır, nəinki qorxutmaq! Allahdan başqa heç kəsdən qorxmuram. Mən Azərbaycan xəritəsini iki dəfə fırlanmışam. Bütün bölgələrdə konsertlərdə olmuşam. Mədəniyyət Nazirliyində çalışanlar nə dərəcədə bizi qəbul edir, qiymətləndirir? Onlar barədə danışmağı özümə sığışdırmıram. Çünki sənətçiyəm! Mədəniyyət nazirinin telefonumda videosu var, çıxışında Azərbaycan dilində danışır, kobud bir səhv edir. Əbülfəs Qarayev mənə yüzə yaxın diplom verib. Yəqin ki, yadından çıxmışam, yoxsa sənətimə qiymət verərdi. Azərbaycan dilini yaxşı başa düşsəydilər, oxumağımı anlayardılar.

Hələ bir məsələ var. İşdən çıxan barədə yazırıq, mülklərini sadalayırıq. Bunu vaxtında deməyə qorxursuz. Niyə? Çünki hələ kresloda əyləşib? Yıxılanı baltalamayın”. (“Qafqazinfo”)
Loading...