Xarici İşlər Nazirliyində həyata keçirilən anti-korrupsiya əməliyyatında həbs olunanlardan birinin adı bəlli olub.
AZSABAH.COM Sfera.az-a istinadən xəbər verir ki, bu nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadədir.
Xatırladaq ki, Fərhad Mollazadə xarici işlər naziri Elmar Məmmədyarovun yaxın dostudur və o nazir təyin olunandan bərabər çalışırlar.
***
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində anti-korrupsiya əməliyyatı həyata keçirilir.
Məlumatına görə, hüquq-mühifizə orqanları hazırda XİN-nin binasındadır. Nazirliyin bir neçə vəzifəli şəxsinin saxlandığı bildirilir.
Ətraflı məlumat verməyə çalışacağıq.
Xatırladaq ki, xarici işlər naziri Elmar Məmmədyarov ötən gün özünün 60 illik yubileyini qeyd edib.