Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib

18.03.2024 20:07
225
65f866d921072202403240753

Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib.

Azsabah.com Medianews.az-a istinadən xəbər verir ki, Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışan Prezident İlham Əliyev deyib:

“Uzun illər ərzində bu meydan və bu bina separatçıların yuvası idi. Məhz bu meydanda xalqımıza qarşı çirkin planlar hazırlanırdı. Məhz bu binada Xocalı soyqırımının törədilməsi üçün əmrlər verilmişdir. Bu gün isə biz bu meydanda dayanmışıq. Əziz xalqıma bildirmək istəyirəm ki, bu meydana mən “Zəfər meydanı” adı vermişəm, bundan sonra bura Zəfər meydanıdır”.