Xankəndi ilə bağlı Azərbaycana SENSASİYALI TƏKLİF - Əliyev BÜTÜN DÜNYAYA ELAN ETDİ

05.10.2022 20:28
7760
İlham

"Əliyev elan etdi ki, “Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik”.

AZSABAH.COM xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.

O, fikirlərinə belə davam edib: 

Prezident Xankəndidəki ermənilərlə bağlı bu mövqeyi dəfələrlə dilə gətirib, indi yenidən xatırlatması, xüsusilə “heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik” kontekstində vurğulaması səbəbsiz deyil.

Ermənistan “Bakı və Xankəndi” formatını dilə gətirir və proseslər göstərir ki, bu qondarma format ideyası təkcə İrəvanın yox, həm də Bakıya təzyiq kartı kimi istifadə etmək istəyənlərin ideyasıdır: Nikolun bunu ilk dəfə Makronla görüşdə dilə gətirməsi də bunu təsdiq edir;

Mümkündür ki, Qərbin təşkil etdiyi son təmaslarda bu məsələ də irəli sürülüb və Əliyev açıq şəkildə “müzakirə mövzusu olmayacaq” mesajını verir.

Sabah Praqada dördtərəfli görüş – İlham Əliyev, Şarl Mişel, Makron və Paşinyan – keçiriləcək. Bu görüşdə Paşinyan və Makronun Xankəndidəki ermənilər, Bakının onlarla “tərəf” kimi danışması məsələsini gündəmə gətirə biləcəyi istisna deyil. Prezidentin Qarabağda yaşayan ermənilərlə bağlı mesajı bu görüşə də hesablanıb və görüş öncəsi belə bir mövzunun müzakirəsinə belə razılıq verilməyəcəyini elan edir.