Xalq artisti koronavirusdan VƏFAT EDİB - RƏSMİ

11.06.2020 19:30
199

Xalq artisti, Prezident təqaüdçüsü Teymur Ağaxan oğlu Mustafayevin ölüm səbəbi məlum olub.

AZSABAH.COM-a TƏBİB-dən verilən məlumata görə, 04.06.2020-ci il tarixində "Yeni Klinika" tibb müəssisəsinə 1939-cu il təvəllüdlü Mustafayev Teymur Ağaxan oğlu TTY ilə evdən ikitərəfli COVID-19 pnevmoniyası, Kəskin tənəffüs çatışmazlığı, Ağciyər-ürək çatışmazlığı, Şəkərli diabet II tip Ağır klinik gedişli, hər iki aşağı ətrafın işemiyası diaqnozu ilə ağır vəziyyətdə gətirilib və reanimasiya şöbəsinə daxil olub.

Daxil olan kimi xəstəyə müvafiq müayinələr olunub. Tənəffüs çatmazlığı və xəstədə hemodinamiki göstəricilərdə pozğunluqlar dərinləşdiyindən təcili intubasiya olunaraq  Süni ventilyasiya aparatına qoşulmuşdur. Həkim İnfeksionistin təyinatı ilə  xəstəyə COVID-19-a qarşı antibakterial, antiviral müalicəyə başlanılıb. Həkimlərin səyinə baxmayaraq, 11.06.2020-ci il tarixdə 15:30-da bioloji ölüm qeyd olunub.

Loading...

close
close