Xalq artisti ilə eşq yaşadığı deyilən Təranə küçədə bu vəziyyətdə GÖRÜNTÜLƏNDİ - FOTO

18.01.2024 12:13
378
65a8ddaf67918202401241335

Uzun illərdir gözdən uzaq düşən, efirlərdə görünməyən Əməkdar artist Təranə Vəlizadədən xəbər var.


Azsabah.com xəbər verir ki, paytaxt Bakıda Titul.az-ın kamerasına tuş gələn xanım sənətçinin son halı təəccübləndirib.


Mərkəzi küçələrindən birində dayanacaqda avtobus gözləyən Təranə Vəlizadənin tibbi maskadan istifadə etdiyi də nəzərdən qaçmayıb. Xanım sənətçinin bunu məhz son dönəmlər yayılan viruslardan qorunmaq üçünmü, yaxud Bakı sakinlərinin onu tanımaması məqsədi ilə taxdığı məlum olmasa da, Əməkdar artistin təlaşlı halı nəzərdən qaçmayıb.Həmin kadrları təqdim edirik:


Xatırladaq ki, Eyvaz Həsənovla ailə həyatı qurmuş Təranə Vəlizadənin ailə həyatı yarımçıq qalır. Belə ki, günlərin birində, səhər saat 6-da toy məclisini yola vermək üçün ansamblı ilə birgə Eyvazın maşınına minib Gürcüstana yola düşürlər. Maşın qarşıdan gələn yük maşını ilə toqquşur. Qəza vaxtı Eyvaz dünyasını dəyişir. Bu hadisədən sonra Təranə Vəlizadə dərin depressiya keçirir. Dostları, yaxınları çalışırlar ki, onu depressiyadan çıxarıb, az da olsa, əvvəlki vəziyyətinə qaytara bilsinlər. O, uzun müddət xəstə yatır. Kardeologiya şöbəsində müalicə olunur. Lakin orada həkimlər bütün bunların qorxudan baş verdiyini deyir. Bir müddət onun canındakı qorxunu çıxarmaq üçün pirlərə də aparırlar. Ancaq heç cür təskinlik tapa bilmir. Bir ildən sonra Təranə Vəlizadə qara paltarla ekrana çıxır.


Həyat yoldaşından sonra o, ikinci dəfə ailə həyatı qurmur. Eyni zamanda, sənətlə də əvvəlki şövqlə məşğul ola bilmir. O, Eyvazdan sonra konsertlərə və toylara getməsini isə yalnız dolanışıqla əlaqələndirir, bu məcburiyyət olmasa, heç oxumazdım deyir.

Qeyd edək ki, Əməkdar artist Təranə Vəlizadə 2 il öncə "Elgizlə izlə" proqramına qatılaraq illər əvvəl adının Xalq artisti Siyavuş Aslanla hallanmasından danışıb:


"Mənim ailəm var idi. Yoldaşımdan sonra qayınanamın yanında qalırdım. O vaxt söz yaydılar ki, adın Siyavuş Aslanla hallanır. Qayınanam əlini göyə qaldırıb qarğış edirdi. Abırıma bükülmüşdüm, susurdum. Hərənin bir arxası - atası, silahdaşı, əri var idi. Həmin ərəfədə mən atasız, anasız, yoldaşsız qaldım, oğlum da yox. Ona görə də adıma söz çıxardılar. Buna görə 10 il qayınanamın yanında qaldım. 


İndi ahıl yaşımdayam, ona görə danışıram. 40 ildir bu söhbəti ürəyimdə saxlayıram. Amma son günlər bu xəbəri yenə yazdırmağa başlayıblar. Qohumlarım deyirdi ki, gedib xəbəri yayanları öldürəcəyik. Deyirdim, etməyin... Başımı qaldırıb kiminsə üzünə baxan olmamışam, utanmışam".