Xala 8 yaşlı bacısı oğlunun ölümünə SƏBƏB OLDU - Olay kameraya DÜŞDÜ (FOTO)

Türkiyənin İzmir şəhərində bədbəxt hadisə baş verib.

AZSABAH.COM xəbər verir ki, 8 yaşlı bacısı oğlu ilə alış-veriş mərkəzinə gələn gənc qadın uşağın ölümünə səbəb olub. 

AVM-in parkinqində uşağın maşından düşərək kənarlaşdığını düşünən qadın avtomobili sürətlə idarə edib. Nəticədə qapıya ilişən azyaşlı maşının altında qalaraq facivəi şəkildə ölüb.

Artıq İzmir məhkəməsi qadının 1 il 8 ay həbs cəzasına məhkum edilməsi ilə bağlı qərar çıxarıb.