Vüsalə Əlizadə efirdə etdiyi hərəkətə görə TƏNQİD HƏDƏFİ OLDU- VİDEO

09.03.2024 12:06
293
65ec18aed66d3202403240710

Aparıcı Vüsalə Əlizadə sosial mediada tənqid hədəfi olub. Azsabah.com xəbər verir ki, buna səbəb onun aparıcılıq etdiyi proqramda qonaq olan karateçi Rafael Ağayevə qarşı etdiyi jest olub.

O, 6 qat dünya çempionu olan idmançının 3 il əvvəl dünyasını dəyişən anası ilə birlikdə portretini efirdə ona hədiyyə edib. Daha sonra isə “ana” mahnısı səsləndirilib. İdmançı isə bu mənzərə qarşısında göz yaşlarına hakim ola bilməyib. Aparıcının anasını qucaqlayaraq Rafael Ağayevin ağlamasını biganə şəkildə seyr etməsi izləyiciləri özündən çıxarıb

Hər kəs Vüsaləni empati qurmamaqda ittiham edib.