Vilayət Eyvazov olimpiya mükafatçısına YÜKSƏK VƏZİFƏ VERDİ

30.06.2020 21:41
534

Daxili işlər naziri, general-polkovnik Vilayət  Eyvazovun əmri ilə DİN-in İdman Cəmiyyətinin Regional Qurumunun baş inspektor vəzifəsinə yeni təyinat olunub.

AZSABAH.COM "Report"a istinadən xəbər verir ki, əmrə əsasən bu vəzifəyə cüdo üzrə Pekin olimpiadasının mükafatçısı olmuş Mövlud Mirəliyev təyin edilib.

Qeyd edək ki, bir müddət öncə Olimpiya mükafatçısına polis polkovnik-leytenantı rütbəsi verilib.

Mövlud Mirəliyev 2008-ci ildə Çinin Pekin şəhərində keçirilən XXIX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.


Loading...

close
close