“Videonu sil, pulunu verəcəm” - Qız taksi sürücüsünün başına oyun açdı - ANBAAN VİDEO

04.02.2024 16:17
341
65bf80966d7f9202402241830

İstanbulda baş verən bu hadisə sosial medianın gündəmini zəbt edib.

Azsabah.com xəbər verir ki, taksi ilə evinə gələn gənc qız maşından düşərkən pulu ödəmək istəməyib.

Bundan sonra taksi sürücüsü telefonunun kamerasını açara gənc qızdan ödəniş etməyini istəyib. Bu durumdan qəzəblənən gənc qız taksi sürücüsünə təpiklə hücum edib.

Gənc qız “kameranı söndür, çəkdiyin görüntüləri sil, pulunu verəcəm” deyərək taksi sürücüsünü vurmağa davam edib.

Taksi sürücüsü videonu sosial media hesabında paylaşdıqdan sonra bu video qısa zamanda gündəm olub.