Vəziyyəti ağırlaşan Əli Mirəliyevin xəstəliyi BƏLLİ OLDU

08.02.2024 15:00
1924
65c4b4cdbe113202402240237

Vəziyyəti pisləşən tanınmış müğənni Əli Mirəliyev xəstəxanaya yerləşdirilib.

Azsabah.com xəbər verir ki, bu barədə Metbuat.az-a müğənni özü məlumat verib. O bildirib ki, səhhətindəki ciddi problemlə bağlı xəstəxanada müalicə olunur:

“Mədə-bağırsaq problemim yaranmışdı. Həkim məsləhəti ilə “Yeni Klinikaya” yerləşdirilmişəm. Bu gün əməliyyat olunmalı idim, mədəmlə bağırsaq arasında tıxanma var idi. Dünən gecə saatlarında həmin tıxanma qəfil aradan qalxdı. Bu gün səhər saatlarında həkim yoxlanışından keçdim. Həkim dedi ki, artıq əməliyyata ehtiyac yoxdur. Xəstəxanadayam, amma özümü yaxşı hiss edirəm”.