Vətəndaşlara şok xəbərdarlıq edildi: ƏN PİSƏ HAZIRLAŞIN!

15.11.2022 13:38
4254
63735ead09abe202211224101
“Amazon”un qurucusu milyarder Ceff Bezos ABŞ-da tənəzzülün yaxınlaşdığı barədə xəbərdarlıq edib və qlobal iqtisadiyyatda tənəzzül baş verəcəyi təqdirdə bəşəriyyətə nağd pul yığmağı tövsiyə edib.

AZSABAH.COM “Report”a istinadən xəbər verir ki, bu barədə milyarder CNN telekanalının efirində bildirib.

“İqtisadiyyat hazırda yaxşı görünmür. Bunu özünüz də görə bilərsiniz - iqtisadiyyatın bir çox sahələrində ixtisarlar baş verir”, – deyə o bildirib.

Bezos iqtisadi vəziyyətin pisləşməsi riskini nəzərə alaraq yeni televizorlar, soyuducular və avtomobillər kimi böyük alışların təxirə salınmasını tövsiyə edib.

O, kiçik biznes sahiblərinə yeni avadanlıqlara sərmayə qoymaq əvəzinə pul ehtiyatları yaratmaq barədə düşünməyi təklif edib: “Bacardığınız qədər çox risk düşünün. Ən yaxşısına ümid et, amma ən pisinə hazırlaşın”.