Vətəndaşlara ŞAD XƏBƏR: BU GÜN TAM ÖDƏNİLDİ - Rəsmən AÇIQLANDI

28.07.2022 17:04
226
photo_41210233

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün ödənilib. 

AZSABAH.COM-a bu barədə nazirlikdən xəbər verilib.

Bildirilib ki, vətəndaşlar bu sosial ödənişlərini onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Beləliklə, bütün sosial təminat növləri üzrə iyul ayının sosial ödənişləri bu gün yekunlaşıb.

İyulun 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, iyulun 15-də ölkəmizin digər bölgələri üzrə pensiyalar (o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar) ödənilib.