Xəbər verdiyimiz kimi, bu gecədən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək.
AZSABAH.COM xəbər verir ki, iki həftəlik sərt karantin rejimini Bakıda keçirmək istəməyən vətəndaşlar rayonlara üz tutub. Quba istiqamətinə hərəkət edən çox saylı avtomobil axını Bakı-Quba yolunda uzun tıxaca səbəb olub. Saatlarla tıxacda qalan bir çox vətəndaşın geriyə qaytarıldığı bildirilir.