VƏHŞƏT YAŞANDI: 5 nəfər maşında yanaraq kül oldu

26.06.2022 13:13
261
photo_58187795

Rusiyanın Samara vilayətinin Kamışla kəndində 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

AZSABAH.COM “İnterfax”a istinadən xəbər verir ki, “Opel” markalı minik avtomobili xəndəyə girərək tövləyə çırpılıb. Nəticədə avtomobil yanıb.

Sürücü və 4 sərnişin hadisə yerində ölüb. Qəza zamanı avtomobilin sürücüsü sərxoş vəziyyətdə olub.

Faktla bağlı araşdırma aparılır.