"Vasmoy bazarı" bağlanır?- RƏSMİ AÇIQLAMA

01.12.2023 15:14
719
6569c089ad818202312231625
Bakının Nizami rayonunda yerləşən “Vosmoy” bazarı fəaliyyətini davam etdirir.


AZSABAH.COM xəbər verir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında Nizami Rayon İcra Hakimiyyətinin başçısının müavini İldırım Mehdiyev deyib.


Onun sözlərinə görə, bazarın bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.


İ.Mehdiyev bildirib ki, sadəcə olaraq “8-ci km Ticarət Mərkəzi”nin adı dəyişir və buna görə də bazar bundan sonra “8-ci km Ticarət Mərkəzi” adı altında fəaliyyət göstərməyəcək.


“Bazar bundan sonra yeni adla fəaliyyət göstərəcək və hazırda yeni adı ilə bağlı məsələlər müzakirə olunur”, - İ.Mehdiyev əlavə edib.


Xatırladaq ki, ötən gün Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində "8-ci km Ticarət Mərkəzi" MMC-nin ləğv olunduğu ilə bağlı elan yerləşdirilib.


MMC-nin ləğv olunması xəbəri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bildirilir ki, "Vosmoy" bazarı yaxın zamanda Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinə köçürüləcək.