Vasif Talıbovun SENSASİON PLANI ÜZƏ ÇIXDI: SEPAH generalları ilə Naxçıvanda gizli görüş və Ramiz Mehdiyevin bağında GÖRÜN NƏLƏR OLUB – ŞOK GİZLİNLƏR

24.12.2022 13:50
6513
63a6ccbe3ecea202212225614

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun istefası ilə bağlı müxtəlif versiyalar səsləndirilsə də, ortaya çıxan bəzi gerçəklər sensasion hadisələrin baş verdiyini deməyə əsas verir.

AZSABAH.COM xəbər verir ki, Globalinfo.az-ın əldə etdiyi yeni məlumata görə, Vasif Talıbovun istefasının arxasında da heç də düşünüldüyü qədər sadə proseslər dayanmır.

Mənbəmiz bildirir ki, Talıbovun qəzəbə tuş gəlməsinin əsas səbəbi bu yay Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Mərdəkandakı bağ evində keçirilən gizli toplantı olub.

Qeyd edilir ki, sözügedən toplantıda V.Talıbov və ev sahibi R.Mehdiyevdən başqa Naxçıvandan olan bəzi deputatlar, iş adamları iştirak edib. Qonaqlar arasında deputat Siyavuş Novruzovun da olduğu deyilir. Məlumata görə, toplantıya Milli Məclisin vitse-spikeri Adil Əliyev də dəvət olunub, lakin o, iştirakdan qəti şəkildə imtina edib.

“Zirvə Toplantısı”nda “konsey” yaradılması haqda qərar qəbul edilib. “Konsey”in ilk məqsədi Prezident İlham Əliyevin siyasi idarəsinə dirəniş təşkil etmək, Naxçıvan klanının qanunsuzluqlarına qarşı tədbirlərə mane olmaq, ölkədə aparılması zəruri olan kadr və digər islahatların qarşısını almaq olub.

İddiaya görə, toplantıda iştirakçılardan biri “qurduğumuz dövlət bizə qarşı çıxır, təcili tədbirlər görməliyik” cümləsini işlədib. Məsələnin heyrət doğuran tərəfi isə məhz bu “təcili tədbir” hissəsidir.
Bildirilir ki, “konsey” üzvləri “təcili tədbir” məsələsində geniş müzakirələr aparıblar və V.Talıbovun tövsiyəsi ilə B variantı üzərində dayanıblar. Məlumatlı mənbənin dediyinə görə, toplantıda gələcəkdə fors-major vəziyyət yarandığı halda Naxçıvanı müstəqil dövlət elan etməklə bağlı razılığa gəliblər. “Konsey”in növbəti hədəfi isə Azərbaycan Ordusunun Naxçıvanda yaradılacaq separatçı rejimin varlığına son qoyub ölkənin suverenliyini bərpa etməsinin qarşısını almaq üçün İranla maksimum yaxınlaşmaq olub. Xatırladaq ki, V.Talıbovun İranın siyasi, hərbi və dini çevrələri ilə yaxın münasibətlərinin olduğuna dair indiyədək məlumatlar yayılıb. Və bu məlumatların heç biri təkzib edilməyib. Hətta mediada yazıldığına görə, SEPAH generalları Naxçıvana gələrək V.Talıbovla təkbətək görüşüblər.

İran hakimiyyətinə yaxın media və Teleqram kanallarının Naxçıvanla bağlı zaman-zaman bənzər iddia ilə çıxış etməsi məsələnin kifayət qədər ciddi olduğunu göstərir və hətta “konsey”in rəsmi Tehranla bu barədə razılaşdığı da ehtimal edilir.

Mənbə bildirir ki, bu toplantı dövlətin aidiyyəti qurumları tərəfindən təsbit edilib. Vasif Talıbov əvvəl yığıncaqda iştirakını boynuna almayıb. İnkardən gəlib. Həmin vaxt ona toxunulmamasının səbəbi kimi dövlətin işin əslini öyrənmək istəməsi olduğu deyilir. Uzunmüddətli araşdırmalar ortaya dəhşətli faktlar çıxarıb. Məlum olub ki, Talıbov-Mehdiyev tandemi dövlətə və Prezidentə qarşı sözün əsl mənasında xəyanət yolu tutublar. Onlar unitar dövlətin içində ayrıca müstəqil dövlət yaradıb, Azərbaycanı bölmək yolu seçiblər. Bu “müstəqil” dövləti də ilk tanıyan İran olacaqmış. Hər halda qaynağımızın bilgisində belə deyilir. Bu informasiyalardan belə qənaətə gəlmək olur ki, Vasif Talıbovla Ramiz Mehdiyev faktiki qiyam və ya çevriliş planına start veriblərmiş.

Vasif Talıbov o məmurlardandır ki, ona qarşı asanlıqla belə radikal qərarlar verilməzdi. Ortada haqq-say, keçmişdə göstərdiyi xidmətlər, fədakarlıqlar var. Onun bu fəaliyyəti 30 ilə yaxındır nəzərə alınır. Ona görə də müəyyən istisnalar olmaqla, Talıbova böyük güzəştlər edilirdi. Təsəvvür edin, Vasif Talıbov Bakıya faktiki tabesizlik göstərirdi. Heç bir naziri, yüksəkrütbəli məmuru saya salmırdı. Naxçıvanı istədiyi formada idarə edirdi. Bir zamanlar göstərdiyi xidmətlərin qarşılığı olaraq Naxçıvan ona həvalə və hətta hədiyyə edilmişdi. Lakin o bu şansını, imkanlarını pis niyyətləri üçün istifadə etməyə başladı. Vasif Talıbov nə qədər ki dövlətin unitar quruluşuna, onun təhlükəsizliyinə, Prezidentin ali iradəsinə qarşı çıxmırdı, onun hər şıltaqlığına, ərköyünlüyünə göz yumulurdu. Elə ki, mövzu Azərbaycan dövlətinin milli təhlükəsizliyi oldu, o zaman ali iradə onu durdurdu, zərərsizləşdirdi və faktiki olaraq 30 illik karyerasını bitirdi.

Bu gün hədəfdə olan bəzi generalların da bu xəyanətkar planın içində yer aldığına dair iddialar var. Globalinfo.az bu bilgiləri dəqiqləşdirməyə çalışır. Əlimizə çatan ilkin məlumatlarda elə adlar var ki…

Çoxları deyirdi ki, Ramiz Mehdiyev artıq qocalıb, yaşlanıb, onun indən belə nəsə etməsi imkanları məhduddur. Gələn informasiyalar, baş verən proseslər bunun heç də belə olmadığını deməyə əsas verir. Yəqin, bu, R.Mehdiyevin dövlət və millət əleyhinə son cəhdi olar. Həmçinin yerdə qalanların da…