Vasif plastik əməliyyatdan sonra İLK DƏFƏ EFİRDƏ - VİDEO

24.03.2024 16:51
310
660021db03108202403245139

Əməkdar artist Vasif Məhərrəmli plastik əməliyyatdan sonra ilk dəfə efirə çıxıb.

Azsabah.com. Azmedia.Az-a istinadən xəbər verir ki, o, "Zaurla Günaydın" verilişində qonaq olub.

Günay Məhərrəmliyə "Vasif bəy ilk dəfədir efirdə, hə?" deyərək əməliyyata eyham vurub.

Müğənni isə "Hə" cavabı ilə mövzunu bağlamaq istədiyini bildirib.

Zaur "Mən söz vermişdim ki, danışmayacaq. Amma Günaya deməmişdim, bağışla ", - deyə söyləyib.

Günay isə "Artıq bildilər. Özü açıqlamışdı, burada nə var ki?" , - deyə, vurğulayıb.

Qeyd edək ki, müğənni ötən ay boyun və buxaq nahiyəsindəki qırışları, həmçinin boyunun həcmini kiçiltmək üçün əməliyyat olunduğunu açıqlamışdı.