Valideynlərin nəzərinə: yeni məktəbli formaları BU ÜNVANLARDA SATIŞA ÇIXARILDI - QİYMƏTLƏR

17.08.2022 10:13
2662
Mektəbli

Yeni məktəbli formalarının qiymətləri müəyyənləşib və satışına başlanılıb.

AZSABAH.COM xəbər verir ki, bu barədə “Report”a Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov məlumat verib.

O bildirib ki, satış bu gün səhər saatlarından başlayıb.

E.Əzimov qeyd edib ki, polo köynəklərin hamısının qiyməti 14 manat, şalvar və ətəklər 25 manatdır:

“Artıq bir neçə valideyn övladlarına geyim alıb. Biz bu il iki rəngdə, tünd-göy və boz rəngdə geyimlər hazırlamışıq. Geyimlər bu il yalnız 1-4-cü siniflər üçündür. Şagirdlər əvvəlki illərdəki formalarını da geyinə bilərlər. Hazırda satış yalnız Bakı Tikiş Evindədir, bir neçə gün sonra isə “Bravo” marketlər şəbəkəsində də satış başlayacaq".

E.Əzimov vurğulayıb ki, jaketlərin satışı isə payızda olacaq: "Hələ onu hazırlamağı çatdırmırıq. Həm də jaketləri biz tikmirik. Bura tikiş fabrikidir, toxucu fabrik deyil. Hissə-hissə sifarişlər veririk. Təxminən 20-25 günə, sentyabrın ortasına, soyuqlar düşməmiş hazır olacaq".