ÜST koronavirusla bağlı ŞAD XƏBƏRİ ELAN ETDİ: 17 peyvənd...

03.07.2020 09:51
494

"Hazırda 17 fərqli koronavirus peyvəndi klinik sınaq mərhələsindədir". 

AZSABAH.COM-un xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Anna Maria Henao-Restrepo brifinqdə deyib.

Hazırda 17 növ vaksinin kliniki sınaq nəticələrini gözlədiklərini bildirən ekspert təcrübə prosesinin çox aktiv həyata keçirildiyini bildirib.

"ÜST mütəxəssisləri nəticədən asılı olaraq peyvəndlərin effektivliyini qiymətləndirəcək”, - deyə o vurğulayıb.

Ekspert əlavə edib ki, bütün bunlara baxmayaraq, hazırda heç bir nəticənin əldə olunmaması səbəbindən koronavirus əleyhinə peyvəndinin nə zaman və nə vaxt hazırlanacağını söyləmək mümkün deyil.

Qeyd edək ki, son aylarda ABŞ, Avstraliya, Çin və bir sıra digər ölkələrin alimləri könüllülər və heyvanlar üzərində müxtəlif növ koronavirus peyvəndlərinin sınaqlarının başlandığını bildiriblər. Alimlərin gözlədikləri nəticələr alınmazsa, sözügedən vaksinlərin  gələn ilədək hazır olacağını düşünmək mənasızdır. 

Loading...

close
close