Uşaqlara işgəncə verilən mərkəzin rəhbəri GÖRÜN KİMİN QIZI İMİŞ: ANASI... - YENİ VİDEO YAYILDI

03.09.2022 13:48
9527
6313246e1b566202209225454
Xəbər verdiyimiz kimi, Bakıda yerləşən "Mehnur” Reabilitasiya Mərkəzində azyaşlı uşaqlara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb.

AZSABAH.COM xəbər verir ki, Qaynarinfo sözügedən mərkəzlə bağlı araşdırma aparıb. Məlum olub ki, "Mehnur" Reabilitasiya Mərkəzinin rəhbəri defektoloq-loqoped Nuranə Hacızadədir. 
Nuranə Hacızadə bu mərkəzin adını Mahirə və Nuranə adının birləşməsindən götürüb. Mahirə Nuranə Hacızadənin anasıdır. Mərkəzin açılışı 2018-ci ilin yanvar ayında baş tutub. 

Məşhurlar açılış mərasimində iştirak edib. Nuranə Hacızadə mərkəzin açılışından sonra defektoloq-loqoped kimi daha da məşhurlaşıb. O, bir sıra televiziya kanalallarında çıxışlar da edib. 


Əslən Naxçıvanlı olan Nuranə Hacızadənin anasının yüksək vəzifədə çalışdığı deyilir. 
***

AZSABAH.COM xəbər verir ki, Qaynarinfo-ya daxil olan məlumata görə, hüquq-mühafizə orqanları Nuranə Hacızadəni saxlayıb.
Bu arada Reabilitasiya Mərkəzində uşaqlara işgəncə verilməsini əks etdirən yeni görüntülər yayılıb. Həmin görüntüləri təqdim edirik.