ÜRƏKDAĞLAYAN FAKT: nişanlı idi, gələn ay toyu olacaqdı, ŞƏHİD OLDU - FOTO

15.09.2022 13:55
2865
6322f745ca079202209225829

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyi şəhidlərin yeni siyahısını açıqlayıb. 

AZSABAH.COM xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, şəhid olanlardan Turan Məhərrəmov Zaqatala rayonundandır. Rayon ictimaiyyəti hazırda onun cənazəsini gözləyir.

2001-ci il təvəllüdlü  Məhərrəmov Turan Tərlan oğlu rayonun Qımır kəndində doğulub. Düşmənin xain gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksələn T. Məhərrəmov nişanlı imiş. Oktyabrın 9-da onun toyu olacaqmış. 

Allah rəhmət eləsin!