Umayra Tağıyevadan XƏBƏRDARLIQ: Hava yenidən KƏSKİN PİSLƏŞİR, 23 fevrala kimi...

18.02.2021 15:43
19168

Yaxın günlərdə havanın temperaturu tədricən 3-4 dərəcə yüksələcək. Lakin fevralın 21-dən ölkə ərazisində hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi gözlənilir.

AZSABAH.COM xəbər verir ki, bunu Trend-ə ETSN Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, peyk məlumatlarına əsasən, Aralıq dənizi üzərində yeni siklon yaranmaqdadır. Həmin bu siklonun fevralın 20-də günün ikinci yarısında yaxınlaşması proqnozlaşdırılır:

"Buna görə də fevralın 21-də və fevralın 22-də ölkə ərazisində hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi gözlənilir. Respublikanın əsasən, dağlıq və dağətəyi bölgələrində yağıntılar qar şəklində olacaq. Bakıda isə yağıntı, əsasən, yağış şəklində olacaq".

Loading...