Ukraynadan Türkiyəyə ŞOK XƏBƏRDARLIQ: “Putinin qərarı ilə…”

14.10.2022 12:06
5485
634918e6dad71202210220806
Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın “Türk Axını” qaz kəmərini sabotaj etməyə hazırlaşdığını iddia edib.

AZSABAH.COM KAİM.az-a istinadən xəbər verir ki, nazirliyin açıqlamasında Rusiyanın Avropa ölkələrinin enerji infrastrukturlarını hədəfə alaraq onları şantaj etməyə çalışdığı iddia edilir.

“Ukrayna öz tərəfdaşlarına Rusiyanın enerji infrastrukturuna qarşı terror planları barədə daim xəbərdarlıq edir”, – nazirlik bildirir.

Açıqlamada Rusiya tərəfinin təbii qaz axınını kəsmək, qaz ödənişlərinin yalnız rus rublu ilə edilməsini tələb etmək, texniki səbəblərdən bəhanə gətirmək kimi davranışlarla ölkələri “çətin durum” qarşısında qoymağa çalışdığı və Avropanın buna qarşı öz enerji ehtiyatlarını şaxələndirməyə başladığı deyilir:

“Məhz buna görə də Putin hər şeyi nəzərə alaraq enerji infrastrukturuna fiziki ziyan vurmağa qərar verib”.

Açıqlamada Rusiyanın bir tərəfdən Avropaya enerji təchizatı yollarını kəsməyə, digər tərəfdən isə onu “Şimal Axını 2” qaz kəmərini açmağa razı salmağa çalışdığı bildirilir.

Nazirlik Rusiyanın Almaniyanı “Şimal Axını 2”-ni açmağa razı salmaq üçün Ukraynaya qaz nəqli infrastrukturlarına zərər vermək üçün hazırlıq gördüyü və Prezidenti Vladimir Zelenskinin bu məsələ ilə bağlı ictimaiyyəti xəbərdar etdiyini qeyd edir.

İddiaya görə, “Türk Axını” ilə bağlı Rusiyanın mümkün oxşar planları barədə də Ukraynada məlumat var.

Rusiya və Türkiyə prezidentlərinin son görüşündə “Türk Axını”nın gələcək fəaliyyəti barədə müzakirə aparılmış