Ukraynadan Rusiyaya ÖLDÜRÜCÜ ZƏRBƏ - SON SUTKADA İNANILMAZ İTKİ

10.08.2022 12:10
266
Ukrayna

"Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 42 800 hərbçisi məhv edilib".

AZSABAH.COM-un xəbərinə görə, bununla bağlı  Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 832 tank, 4 086 zirehli döyüş maşını, 971 artilleriya sistemi, 261 reaktiv yaylım atəşi sistemi, 133 hava hücumundan müdafiə sistemi, 232 təyyarə, 193 helikopter, 766 PUA, 185 qanadlı raket, 15 gəmi, 3005 avtomobil texnikası və avtosistern, 89 xüsusi texnikadan ibarətdir.

Qeyd olunub ki, son sutkada Rusiya Silahlı Qüvvələri 9 təyyarəsini itirib.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.