Ukraynadan Rusiyaya ÖLDÜRÜCÜ ZƏRBƏ: Ordusunun yarısı YOX EDİLDİ - Arestoviç açıqladı

26.07.2022 09:06
19
photo_10314574

“Rusiya Federasiyasının tammiqyaslı hücumundan bu yana Ukrayna Silahlı Qüvvələri düşmənin beş ümumqoşun ordusunu məhv ediblər”.

AZSABAH.COM xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç danışıb.

Onun sözlərinə görə, ukraynalı hərbçilər 1730 düşmən tankını və 3950 zirehli maşını məhv ediblər. Bu isə təxminən müvafiq olaraq 54 və 124 batalyon komplektinə bərabərdir.

“Belə çıxır ki, biz Ukraynada 35 motoatıcı və 10 tank alayını məhv etmişik. Bu 10 motoatıcı diviziya və ya beş ümumqoşun ordusuna daxildir. Rusiya Federasiyasında mövcud olan 10 ümumqoşun ordusundan beşini burada dəfn etmişik”, - deyə A.Arestoviç bildirib.

Loading...