Ukrayna ordusu sürətlə irəliləyir - Ruslar DARMADAĞIN EDİLİR

13.09.2022 00:34
3453
ukrayna
Ukrayna Silahlı Qüvvələri ölkənin şərqində aktiv əks-hücum əməliyyatlarını davam etdirirlər.

AZSABAH.COM xəbər verir ki, bu barədə “RBC-Ukrayna” xəbər verib.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələri Xarkov vilayətində uğurlu hücumdan sonra Donetsk vilayətində tədricən irəliləməyə başlayıb. Bölgənin şimal-qərb hissəsində hücum həyata keçirilib, Donetsk vilayətinin Svyataqorsk şəhəri artıq nəzarətə götürülüb.

Bildirilib ki, Rusiya hərbçiləri Xarkov vilayətinin Borovaya kəndi yaxınlığında geri çəkilməyə başlayıblar.

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar isə vurğulayıb ki, Ukrayna silahlı qüvvələri 6 000 kvadrat kilometr ərazini azad edib.