Ukrayna bütün dünyaya ELAN ETDİ: Rusiya ilə müharibə...

18.06.2022 14:14
3823

Ukrayna tərəfi hazırda Rusiya ilə danışıqları bərpa etmək imkanını nəzərdən keçirmir. Avqustun sonunda Ukrayna Silahlı Qüvvələrinin bəzi istiqamətlərdə əks-hücumundan sonra hər şey dəyişə bilər”.

AZSABAH.COM UNIAN-a istinadən xəbər verir ki, bunu deputat, Ukrayna nümayəndə heyətinin Rusiya ilə danışıqlardakı rəhbəri David Araxamia “Amerikanın Səsi” radiosuna müsahibəsində deyib.

O vurğulayıb ki, Ukrayna Rusiya ilə sülh danışıqlarını yalnız cəbhədəki mövqeləri gücləndiriləcəyi təqdirdə bərpa edə bilər.

Deputatın sözlərinə görə, ilk olaraq Rusiya tərəfinin fevralın 24-dək olan mövqelərə qayıtmasını təmin etmək lazımdır:

“Bundan sonra bütün suveren ərazilərin, o cümlədən Krım, Donetsk və Luqansk vilayətlərinin qaytarılmasından danışmaq mümkün olacaq”.

Loading...